Menyu

Azərbaycanın 3x3 basketbol yığması Çempionlar Kubokuna məğlubiyyətlə başlayıb

Operativ Media
Azərbaycanın 3x3 basketbol yığması Çempionlar Kubokuna məğlubiyyətlə başlayıb
1 dəq oxu

Tailandın paytaxtı Banqkokda qadınlar arasında basketbolun 3x3 növü üzrə FIBA Çempionlar Kubokuna start verilib.

Operativ Media xəbər verir ki, turnirdə debüt edən Azərbaycan millisi ilk oyununu keçirib. B qrupunda yer alan yığma Kanada ilə qarşılaşıb. Görüş rəqibin 16:10 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin turnirdə növbəti oyunu bu gün Bakı vaxtı ilə saat 16:05-də ev sahibi Tailanda qarşı olacaq.

Millimiz qrupdakı son matçını isə martın 14-də İspaniyaya qarşı keçirəcək.

Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya qazanacaq.

Əlaqəli Xəbərlər