Menyu

Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına qoşulur

Operativ Media
Azərbaycan Yelkən Federasiyası Su İdmanı Növləri Federasiyasına qoşulur

“Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

Gənclər və İdman Nazirliyindən Operativ Media-ya bildirilib ki, nazirlikdə təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gənclər və idman naziri Fərid Qayıbov son illər federasiyanın fəaliyyətini yüksək qiymətləndirib. Nazir, həmçinin Azərbaycan Yelkən Federasiyasının (AYF) prezidenti Qüdrət Qurbanovun federasiyanın inkişafına verdiyi töhfələri və səmərəli fəaliyyətini yüksək dəyərləndirərək ona təşəkkürünü bildirib.

Daha sonra AYF-nin prezidenti Qüdrət Qurbanov çıxış edib, ardınca federasiyanın fəaliyyəti ilə bağlı hesabat dinlənilib.

İclasda “Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin “Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinə qoşulması məsələsi irəli sürülüb və səsvermə ilə qəbul olunub.

Əlaqəli Xəbərlər