Premyer Liqa: “İmişli” “Sabah”ı qəbul edib
Operativ Media
Azərbaycan Premyer Liqasının XXIV turunun növbəti oyununda “İmişli” “Sabah”ı qəbul edib.
Operativ Media xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş Masazır təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim Rauf Cabarovun idarə etdiyi matçda Stiv Solvet (10-cu dəqiqə), Coy-Lens Mikels (15, 35 - pen.), Kahim Parris (49) və Aleksey İsayev (73 - pen.) fərqləniblər.
Bununla da “Sabah” xallarının sayını 59-a çatdıraraq liderliyini möhkəmlədib. “İmişli” isə 22 xalla doqquzuncudur.
Qeyd edək ki, günün növbəti oyununda “Zirə” “Qarabağ”la qarşılaşacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net