Menyu

Türkiyəli futbolçu İspaniyada tarixə düşdü

Operativ Media
Türkiyəli futbolçu İspaniyada tarixə düşdü

Türkiyə millisinin və "Real Madrid"in futbolçusu Arda Gülər İspaniyada rekorda imza atıb

Operativ Media xəbər verir ki, gənc futbolçu La Liqanın 28-ci turu çərçivəsində "Elçe"yə qarşı keçirdikləri matçda uzaq məsafədən möhtəşəm qola imza atıb.

Statistik göstəricilərə görə, gənc istedad Arda Gülər 72 metr məsafədən vurduğu qol ilə La Liqa tarixində bu sahədə birinci pilləyə yüksəlib. O, Xabi Alonso (48 m) və Rivaldo (46 m) kimi əfsanələri geridə qoymağı bacarıb.

Dünya futbolu miqyasında isə mütləq rekord 96.01 metr məsafə ilə qapıçı Tom Kinqə məxsusdur. Arda Gülər həmçinin dünya üzrə ən uzaq məsafədən qeydə alınan zərbələr siyahısında dördüncü pillədə qərarlaşıb.

Dünya üzrə ən uzaq məsafədən vurulan qolların siyahısında isə 4-cü pillədə yer alıb.

Tom Kinq: 96.01 m

Asmir Beqoviç: 91.9 m

Matias Dituro: 73 m

Arda Gülər: 72 m

Əlaqəli Xəbərlər