Menyu

Azərbaycanın qadın stolüstü tennisçiləri Avrasiya Liqasında gümüş medal qazanıblar

Operativ Media
Azərbaycanın qadın stolüstü tennisçiləri Avrasiya Liqasında gümüş medal qazanıblar

Azərbaycanın qadın stolüstü tennisçiləri Qazaxıstanda keçirilən Avrasiya Liqasında uğurlu çıxış ediblər.

Operativ Media xəbər verir ki, baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Almatı sınaqlarına qatılan Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət kvartet ilk dəfə olduğu üçun yarışın II liqasında mübarizə aparıb.

1-ci turda finaladək keçirdiyi 8 oyundan 7-də qalib gələn komandamız yalnız finalda Özbəkistan millisinə uduzaraq ikinci yerdə qərarlaşıb.

Yarışın növbəti turunun oyunları 28-31 may tarixlərində olacaq. 4 turun nəticəsinə əsasən ilk iki yeri tutan kollektivlər Super Liqaya vəsiqə qazanacaqlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər