Menyu

Xuan Laporta yenidən "Barselona"nın prezidenti oldu

Operativ Media
Xuan Laporta yenidən "Barselona"nın prezidenti oldu

Martın 15-də keçirilən "Barselona"nın prezident seçkilərində Xuan Laporta rəqibi Viktor Fontu böyük fərqlə qabaqlayır.

Operativ Media xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

İlkin məlumatlara əsasən, Laporta səslərin 69,19 faizini, Font isə 28,76 faizini toplayıb. Bununla belə, rəqibi artıq 63 yaşlı Laportanı "danılmaz" qələbəsi münasibətilə təbrik edib.

Seçki məntəqələri "Barselona"nın ev oyunlarını keçirdiyi stadionda, həmçinin Jirona, Tarragona, Lleida və Andorrada yerləşib. Seçkilərin qalibi beş il müddətinə "Barselona"nın prezidenti olacaq.

Xatırladaq ki, Laporta daha əvvəl 2003–2010 və 2021–2026-cı illərdə "Barselona"ya rəhbərlik edib.

Əlaqəli Xəbərlər