"Barselona" klubunda prezident seçkilərinin nəticələri açıqlanıb
Operativ Media
"Barselona"da prezident seçkisində səsvermənin nəticələri açıqlanıb.
Operativ Media xəbər verir ki, bununla bağlı Kataloniya klubunun rəsmi saytı paylaşım edib.
Səsvermə nəticəsində klubun hazırkı prezidenti Joan Laporta səslərin 68,18%-ni toplayaraq qalib gəldi. O, 32.934 seçicinin etimadını qazanıb. Laportanın rəqibi Viktor Font səslərin yalnız 29,78 faizini və ya onun lehinə seçki hüququ olan 14.385 nəfər səs verib. Bülletenlərin 984-ü isə (2,04%) boş qalıb.
Bununla da, Laportanın üçüncü müddətə prezident postuna sahib çıxıb. O, 2003-cü ildən 2010-na və 2021-ci ildən 2026-cı ilə qədər "blaugrana"ya rəhbərlik edib. Qalib iyulun 1-də vəzifəsinin icrasına başlayacaq və 2031-ci ilə qədər Kataloniya klubuna rəhbərlik edəcək.