Romano: İspaniya və Argentina milli komandalarının oyunçuları finalda oynamağa hazır idilər
Argentina və İspaniya milli komandasının bütün oyunçuları Finalissima-2026 matçına çıxmağa hazır olublar.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Romanonun sözlərinə görə, Messi milli komanda heyətində özünün 47-ci rəsmi kubokunu qazanmaq və Argentina ilə daha bir titula yiyələnmək şansı əldə edəcəkdi, lakin bu imkan qaçırıldı. Futbolçunun rekord nailiyyət üçün növbəti şansı dünya çempionatında olacaq.
Martın 15-də UEFA 2026-cı il Avropa çempionu ilə Amerika Kubokunun qalibi arasında keçirilməli olan Finalissima-2026 matçının ləğv edildiyini açıqlayıb.
İlkin olaraq oyunun martın 27-də Qətərin paytaxtı Dohada keçirilməsi planlaşdırılsa da, Yaxın Şərqdə hərbi münaqişənin kəskinləşməsi səbəbindən matçın başqa vaxta keçirilməsinə qərar verilib. UEFA alternativ variant kimi qarşılaşmanın Madridin "Santyaqo Bernabeu" stadionunda keçirilməsini təklif etsə də, Argentina tərəfi bu variantdan imtina edib.
Bundan başqa, matçın Madrid və Buenos-Ayresdə iki oyunluq sistemlə keçirilməsi, yaxud martın 27-si və ya 30-da Avropada alternativ stadionun tapılması ilə bağlı razılıq əldə etmək mümkün olmayıb.
Argentina tərəfi oyunun 2026-cı il dünya çempionatından sonrakı dövrə keçirilməsini təklif etsə də, bu variant da qəbul edilməyib.
Xatırladaq ki, Finalissima ilk dəfə 2022-ci ildə keçirilib və həmin matçda Argentina İtaliyanı 3:0 hesabı ilə darmadağın etmişdi.