Menyu

Azərbaycan millisinin portuqaliyalı baş məşqçisinin müqavilə detalları açıqlanıb

Operativ Media
Azərbaycan millisinin portuqaliyalı baş məşqçisinin müqavilə detalları açıqlanıb

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Ruy Jorjenin müqaviləsinin müddəti açıqlanıb.

Operativ Media-nın məlumatına görə, mütəxəssis bu barədə mətbuat konfransında bildirib.

"Qarşıdakı 1 il, 7 ay ərzində çox yaxşı təcrübə keçə bilərik. Bu müddət ərzində bərabər olacağıq".

O, burada olmaq mənim üçün qürur duyduğunu söyləyib: "Uğur qazanmaq oyunçuların istəyindən və əzmkarlığından asılıdır. Bunları bacara bilsək, uğurlara nail ola bilərik. Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuşla buraya gəlməmişdən əvvəl danışmışdım. Həm ölkə, həm də insanlar haqqında xoş sözlər dedi. Buraya gəldiyim ilk gündən gördüm ki, onun dedikləri ilə üs-üstə düşür".

Əlaqəli Xəbərlər