Menyu

Azərbaycanda cüdo üzrə kəmər dərəcələri üçün rəsmi imtahan keçiriləcək

Operativ Media
Azərbaycanda cüdo üzrə kəmər dərəcələri üçün rəsmi imtahan keçiriləcək

18–19 mart tarixlərində Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək. 

Operativ Media xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək. 

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

İmtahana qeydiyyat ödənişlidir. İştirak etmək istəyənlər təmsil etdiyi idman təşkilatı vasitəsilə və ya birbaşa ACF-ə müraciət edə bilər.

Əlaqəli Xəbərlər