Menyu

Rui Jorje: Uğur qazanmaq üçün vaxt lazımdır

Operativ Media
Rui Jorje: Uğur qazanmaq üçün vaxt lazımdır

Milli komanda ilə yaxşı nəticələr qazanmaq üçün bizə vaxt lazımdır.

Operativ Media xəbər verir ki, bu sözləri 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi Rui Jorje mətbuat konfransında deyib.

Mütəxəssis milli komandamızla uğur qazanacağına inandığını bildirib: “Bunun üçün futbolçular da fərdi olaraq öz üzərlərində işləməlidirlər və mübariz olmalıdırlar. Uğur birdən-birə əldə olunmur. Bunun üçün vaxt lazımdır. Mən yaxşı başa düşürəm ki, bu millidə çıxış edən futbolçular Portuqaliya yığmasındakı oyunçular deyil. Səviyyə fərqi hər kəsə bəllidir”.

O, müqavilə imzalamazdan öncə əsas millinin keçmiş baş məşqçisi Fernandu Santuşla müzakirələr apardığını bildirib: “Həm onun özü, həm də köməkçiləri ilə danışıqlarımız olub. Azərbaycan xalqının qonaqpərvərliyi ilə bağlı mənə xoş fikirlər söylədilər. Bakıya gəldikdə deyilənlərin həqiqətən də gerçək olduğunu başa düşdüm. Onu da qeyd edim ki, mən ondan futbol deyil, sadəcə ölkə haqqında məlumat almışam”.

Qeyd edək ki, Rui Jorje ilə 2027-ci ilin sonunadək müqavilə imzalanıb.

Əlaqəli Xəbərlər