Menyu

AFFA-nın icraçı vitse-prezidenti: Hazırda əsas məqsəd ölkəmizdə keçiriləcək mundialla bağlıdır

Operativ Media
AFFA-nın icraçı vitse-prezidenti: Hazırda əsas məqsəd ölkəmizdə keçiriləcək mundialla bağlıdır
1 dəq oxu

İnanırıq ki, Rui Jorje öz təcrübəsini futbolçulara ötürə biləcək və ölkəmizin ev sahibliyi edəcəyi dünya çempionatında uğurlu çıxışla yadda qalacaq.

Operativ Media xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rui Jorje ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

O, portuqaliyalı mütəxəssisin qarşısına qoyulan əsas tələbi açıqlayıb: “Dünya çempionatının qrup mərhələsində uğurlu nəticə əsas hədəfimizdir. Ən azından futbolçular layiqli mübarizə aparsınlar. Hazırda əsas məqsəd ölkəmizdə keçiriləcək mundialla bağlıdır”.

Əlaqəli Xəbərlər