Menyu

Riçarlison Premyer Liqada 100 xal toplayan üçüncü braziliyalı oldu

Operativ Media
Riçarlison Premyer Liqada 100 xal toplayan üçüncü braziliyalı oldu
1 dəq oxu

"Tottenhem"in hücumçusu Riçarlison İngiltərə Premyer Liqasında (İPL) 100 xal (qol+ötürmə) toplayan üçüncü braziliyalı futbolçu olub.

Operativ Media xəbər verir ki, çempionatın 30-cu turunda "Liverpul"la keçirilən və 1:1 hesabı ilə başa çatan matçda o, 90-cı dəqiqədə hesabı bərabərləşdirərək ümumi statistikasını 73 qol və 27 məhsuldar ötürməyə çatdırıb.

Hazırda Riçarlison bu göstəriciyə görə yalnız Roberto Firmino (132 xal: 82 qol + 50 ötürmə) və Qabriel Jezusdan (118 xal: 78 qol + 40 ötürmə) geri qalır.

Qeyd edək ki, "Liverpul" 49 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşdığı halda, "Tottenhem Hotspur" 30 xalla 16-cı yerdədir.

Əlaqəli Xəbərlər