Azərbaycan beynəlxalq turnirdə 9 boksçu ilə təmsil olunacaq
Operativ Media
Martın 17-də Macarıstanın Debretsen şəhərində kişi və qadın boksçular arasında beynəlxalq turnir start götürəcək.
Operativ Media xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Debretsendə məşqçilər Rafiq İsmayılovla Rəhim Allahverdiyevin rəhbərliyi altında rinqə Amin Məmmədzadə (55 kq), Nəbi İsgəndərov, Nicat Alırzayev (hər ikisi 70 kq), Abbasqulu Şadlinski (75 kq), Həsən Osmanlı (80 kq), Ramal Həsənli, Rauf Rəhimov (hər ikisi 85 kq), Zeynəb Rəhimova (54 kq) və Emili Rzayeva (60 kq) çıxacaqlar.
Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net