Menyu

"Qalatasaray"ın futbolçusu Braziliya millisinə çağırıldı

Operativ Media
"Qalatasaray"ın futbolçusu Braziliya millisinə çağırıldı

"Qalatasaray"a transfer olunarkən ən böyük arzusunun Braziliya milli komandasına dəvət almaq olduğunu bildirən Qabriel Sara öz istəyinə çatıb.

Operativ Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Braziliya milli komandasının heyətinə çağırılıb. Təcrübəli futbolçu karyerasında ilk dəfə ölkəsinin əsas yığmasında forma geyinmək şansı qazanıb.

Qeyd edək ki, Qabriel Sara cari mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 38 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Əlaqəli Xəbərlər