Neymar Braziliya millisindən kənarda qalmasına münasibət bildirib
Operativ Media
"Santos"un hücumçusu Neymar Braziliya millisinin Fransa və Xorvatiya ilə yoldaşlıq oyunları üçün heyətinə daxil edilməməsinə münasibət bildirib.
Operativ Media xəbər verir ki, bu haqda "OneFootball" məlumat yayıb.
34 yaşlı hücumçu bu qərardan məyuslandığını qeyd edib:
"Əlbəttə ki, məyusam, dəvət almadığım üçün kədərlənirəm. Lakin diqqətimi qoruyuram. Biz hədəfimizə çatacağıq. Arzu davam edir".
Neymar Braziliya yığmasının heyətində keçirdiyi 128 matçda 79 qol vurub və 59 məhsuldar ötürmə ilə yadda qalıb. O, milli komandada sonuncu dəfə 2023-cü ilin oktyabrında çıxış edib.