Menyu

KİV: "Çelsi" Rayan Messini transfer etmək istəyir

Operativ Media
KİV: "Çelsi" Rayan Messini transfer etmək istəyir

"Çelsi" hazırda icarə əsasında Səudiyyə Ərəbistanının "Neom" klubunda çıxış edən "Strasburq"un yarımmüdafiəçisi Rayan Messinin keçidində maraqlıdır.

Operativ Media xəbər verir ki, bu barədə "TEAMtalk" portalı məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, "Bavariya", "Barselona" və PSJ də 18 yaşlı fransalı futbolçu ilə maraqlanıb. Lakin "Çelsi"nin sahibləri ("BlueCo") onu öz multiklub şəbəkəsindən buraxmaq niyyətində deyillər.

İlkin plana əsasən, Messinin əvvəlcə 2026/27 mövsümündə "Strasburq"un əsas heyətinə inteqrasiya olunması, daha sonra isə "Stemford Bridj"ə göndərilməsi nəzərdə tutulurdu. Hazırda bu plana yenidən baxılır.

2025/26 mövsümündə Messi keçirdiyi 22 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Strasburq"la müqaviləsi 30 iyun 2030-cu ilə qədər qüvvədədir.

"Transfermarkt" portalı oyunçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Əlaqəli Xəbərlər