"Mançester Siti" Pedro Porronu ucuz qiymətə transfer edə bilər
"Mançester Siti" "Tottenhem"in müdafiəçisi Pedro Porronu onun 93 milyon avroluq təxmini qiymətindən xeyli aşağı məbləğə transfer edə bilər.
Operativ Media xəbər verir ki, bu haqda "Football İnsider" portalı məlumat yayıb.
Mənbə qeyd edir ki, bu vəziyyət "Tottenhem"in Premyer Liqadan düşmə təhlükəsi fonunda dərinləşən maliyyə böhranı ilə bağlıdır. "Siti"nin baş məşqçisi Xosep Qvardiola və klubun skaut şöbəsi 26 yaşlı ispaniyalını 2026-cı ilin yayında sağ cinah müdafiəsini gücləndirmək üçün əsas hədəf seçiblər.
"Mançester Siti"nin 2024/25 mövsümünün yekunlarına görə 292 milyon funt-sterlinq (təxminən 338 milyon avro) zərər açıqlamasına baxmayaraq, "Football Insider" bu itkilərin yay transfer xərclərinə təsir etməyəcəyini bildirir.
"Tottenhem"in maliyyə vəziyyəti isə daha qeyri-sabitdir. "Siti"nin keçmiş maliyyə məsləhətçisi Stefan Borsonun bildirdiyinə görə, aşağı liqaya düşəcəyi təqdirdə klub sponsorluq müqavilələrindən dərhal daxil olan ən azı 200 milyon funt-sterlinqi (təxminən 232 milyon avro) itirəcək. Gəlir itkisi London klubunu vəsait axtarmağa məcbur edəcək ki, bu da komandanı tərk edən futbolçuların transfer qiymətinə qaçılmaz olaraq təsir göstərəcək.
Porro 2023-cü ilin iyul ayından "Tottenhem"də çıxış edir. O, 2025/26 mövsümündə keçirdiyi 38 matçda bir qol vurub və altı məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.
"Transfermarkt" portalı oyunçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.