Menyu

DÇ-2026: İran ABŞ-də oynamaqdan imtina edir: FİFA ilə Meksika variantı müzakirə olunur

Operativ Media
DÇ-2026: İran ABŞ-də oynamaqdan imtina edir: FİFA ilə Meksika variantı müzakirə olunur

İran Futbol Federasiyası 2026-cı il dünya çempionatının qrup mərhələsi çərçivəsində keçiriləcək oyunların ABŞ-dən Meksikaya köçürülməsi xahişi ilə Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edib.

Operativ Media xəbər verir ki, bu barədə İranın Meksikadakı səfirliyinin "X" sosial şəbəkəsində yaydığı bəyanatda bildirilir.

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac məsələ ilə bağlı deyib: "Tramp İranın milli komandasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıq şəkildə ifadə etdiyi üçün biz qətiyyən ABŞ-yə getməyəcəyik. Hazırda dünya çempionatındakı matçlarımızın Meksikada keçirilməsi barədə FİFA ilə danışıqlar aparırıq".

Turnir tarixində ilk dəfə olmaqla 11 iyun – 19 iyul tarixlərində üç ölkədə — ABŞ, Kanada və Meksikada keçiriləcək. İlkin təqvimə əsasən, İran yığmasının hər üç oyunu ABŞ ərazisində planlaşdırılmışdı: 16 iyun və 21 iyun tarixlərində Kaliforniyanın İnqlvud şəhərində müvafiq olaraq Yeni Zelandiya və Belçikaya qarşı, 27 iyunda isə Sietldə Misir yığmasına qarşı.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp iranlıların təhlükəsizliyini əsas gətirərək, onların turnirdə iştirakını qeyri-məqsədəuyğun hesab etdiyini bildirmişdi. Bu bəyanatın ardınca İranın idman naziri Əhməd Dünyamali FİFA-dan turnirin ABŞ-da keçirilməsi qərarını ləğv etməyi tələb edib. Bununla belə, Asiya Futbol Konfederasiyasının baş katibi Vindzor Con bazar ertəsi verdiyi açıqlamada İranın hələ də dünya çempionatında iştirak etmək niyyətində olduğunu qeyd edib.

Əlaqəli Xəbərlər