Menyu

Azərbaycan millisi Ukrayna ilə qarşılaşacaq

Operativ Media
Azərbaycan millisi Ukrayna ilə qarşılaşacaq

Bu gün basketbol üzrə Azərbaycanın qadınlardan ibarət milli komandası AÇ-2027-nin seçmə mərhələsinin E qrupunda sonuncu — 6-cı tur oyununa çıxacaq.

Operativ Media xəbər verir ki, millimiz doğma meydanda Ukrayna yığması ilə qarşılaşacaq. Matç saat 19:00-da İdman sarayında baş tutacaq.

Millinin heyəti: Polina Şukina, Leyla Allahverdiyeva, Aylin Niftəliyeva, Ela Nur Gökçel, Səlminaz Ramazanlı, Şilan Akbingöl, Angelina İsmayılova, Aylin Əkbərzadə, Dəniz Gökçel, Adilə Yusubova, Sitarə Abbasova, Qalina Quşina.

Azərbaycan yığması bundan əvvəlki oyunlarda Bolqarıstana (48:141, 40:120), Monteneqroya (62:104, 35:94) və Ukraynaya (34:98) məğlub olub.

Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan komandalar, həmçinin qrup üçüncüləri arasında ən yaxşı nəticə göstərən kollektivlər final mərhələsinə vəsiqə qazanacaqlar. AVRO-2027-nin final mərhələsi Belçika, İsveç, Finlandiya və Litvada keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər