Menyu

AFFA Premyer Liqa klublarını cərimələdi

Operativ Media
AFFA Premyer Liqa klublarını cərimələdi

"İmişli", "Qəbələ" və "Neftçi" klubları cərimələnib.

Operativ Media  xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Hər üç klub Misli Premyer Liqasının XXIV turunda yaşananlara görə ziyana düşüb.

"İmişli" "Sabah"la matç bitdikdən sonra meydana kənar şəxslərin daxil olmasına görə 5 000 manat ödəyəcək. Bu hal cari mövsüm ikinci dəfə yaşanıb.

"Qəbələ" "Neftçi" ilə qarşılaşmada meydana gec çıxdığı üçün 3 000 manat ödəməli olacaq.

"Neftçi" isə sözügedən görüşdə azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 8 000 manat cərimələnib.

Əlaqəli Xəbərlər