Menyu

"Barselona" Fliklə müqaviləni uzadır

Operativ Media
"Barselona" Fliklə müqaviləni uzadır
1 dəq oxu

"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi Hansi Fliklə bağlı mühüm açıqlama verib.

Operativ Media xəbər verir ki, Laporta alman mütəxəssislə müqavilənin müddətinin 2028-ci ilin iyun ayına qədər uzadılacağını rəsmən təsdiqləyib.

Klub rəhbəri RAC1 radiosuna verdiyi müsahibədə prosesin detallarını belə bölüşüb:

"Yaxın vaxtlarda Fliklə müqavilənin yeniləndiyini elan edəcəyik. Sözləşmə daha bir mövsüm artırılacaq və 2028-ci ilə qədər qüvvədə olacaq. Hansı artıq razılıq verib, o, burada özünü çox xoşbəxt hiss edir."

Əlaqəli Xəbərlər