"Real Madrid" "Bavariya"nın gənc futbolçusu üçün 160 milyon avro ödəməyə hazırdır
Operativ Media
"Real Madrid" Maykl Olise üçün 160 milyon avro ödəməyə hazır olsa da, "Bavariya" oyunçunu satmaq niyyətində deyil.
Operativ Media BİLD nəşrinə istinadən xəbər verir ki, "Real"ın prezidenti Florentino Peres Olisenin oyununun böyük pərəstişkarıdır. Əgər "kral klubu" mövsümü kuboksuz başa vurarsa, heyətə yeni bir super ulduz qatılacaq və siyahının ilk pilləsində məhz Olise qərarlaşıb.
Cari mövsümdə "Bavariya" forması ilə 38 matça çıxan 24 yaşlı fransız futbolçu 15 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb.