FIFA: İran da daxil olmaqla bütün komandalar 2026 Dünya Çempionatına uyğun iştirak edəcək
Operativ Media
FIFA 2026-cı ildə keçiriləcək Dünya Çempionatının planlaşdırılması məsələsində İran da daxil olmaqla, bütün iştirakçı üzv federasiyalarla mütəmadi əlaqə saxladığını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
FIFA bütün iştirakçı komandaların 6 dekabr 2025-ci il tarixində elan edilmiş oyun cədvəlinə uyğun şəkildə yarışda iştirakını səbirsizliklə gözləyir.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İran milli komandasının 2026-cı il FIFA Dünya Çempionatına qatılmasının təhlükəsizlik baxımından riskli ola biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.
ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi sayca 23-cü Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində baş tutacaq.