Azərbaycan Beynəlxalq Masters Turnirində 53 cüdoçu ilə təmsil olunacaq
Operativ Media
20–22 mart tarixlərində Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq Masters Turniri keçiriləcək.
Operativ Media xəbər verir ki, yarışda ölkəmiz U-18 və U-21 yaş kateqoriyalarında ümumilikdə 53 cüdoçu ilə təmsil olunacaq. Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli; yeniyetmə oğlanlardan ibarət milli komandanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik edəcək.