Menyu

Azərbaycan millisi Ukraynaya məğlub oldu

Operativ Media
Azərbaycan millisi Ukraynaya məğlub oldu

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsində E qrupu üzrə sonuncu – 6-cı tur oyununa çıxıb.

Operativ Media xəbər verir ki, millimiz doğma meydanda Ukrayna yığmasını qəbul edib.

Görüş Ukrayna yığmasının 73:55 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı əvvəlki oyunlarında Bolqarıstana (48:141, 40:120), Monteneqroya (62:104, 35:94) və Ukraynaya (34:98) məğlub olmuşdu.

Qaydalara əsasən, qruplarda ilk iki yeri tutan komandalar, həmçinin üçüncü yerin sahibləri arasında ən yaxşı nəticə göstərənlər final mərhələsinə vəsiqə qazanırlar. Avrobasket-2027-nin final mərhələsi Belçika, İsveç, Finlandiya və Litvada keçiriləcək.

Əlaqəli Xəbərlər