Kvaratsxeliya: "Çelsi"nin qapısına üç qol vurmaq fantastikadır"
"PSJ"-nin hücumçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının 2025/26 mövsümünün 1/8 final mərhələsində Londonun "Çelsi" klubu ilə hər iki qarşılaşmada vurduğu üç qola münasibət bildirib.
Operativ Media xəbər verir ki, 25 yaşlı gürcüstanlı futbolçu martın 11-də rəqib qapısından iki top keçirib (5:2), martın 17-də baş tutan cavab oyununda (3:0) isə bir qolla yadda qalıb.
Jurnalist Fabrisio Romanonun sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, futbolçu sevincini belə bölüşüb:
"Çelsi"nin qapısına üç qol vurmaq fantastik hissdir. Biz bu tempdə davam etməli və çox çalışmalıyıq. Bizim üçün hər oyun önəmlidir. Mən hər matçda eyni səviyyədə oynamağa çalışıram".
Qeyd edək ki, Kvaratsxeliya Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasının ən yaxşı oyunçusu seçilib.
"PSJ" dörddəbir finala yüksəlib. Paris təmsilçisi bu mərhələdə "Qalatasaray" – "Liverpul" cütünün qalibi ilə qarşılaşacaq (ilk oyun — 1:0).