Menyu

AFFA nümayəndələri UEFA-nın seminarında iştirak ediblər

Operativ Media
AFFA nümayəndələri UEFA-nın seminarında iştirak ediblər

Rumıniyanın paytaxtı Buxarestdə UEFA-nın “Oyun analizinə dair Share seminarı” keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə UEFA-nın Texniki İnkişaf departamentinin mütəxəssisləri ilə yanaşı, Azərbaycan, Niderland, Malta, Portuqaliya və digər ölkələrin futbol federasiyalarının nümayəndə heyətləri iştirak ediblər. AFFA-nı seminarda Məşqçilik Təhsili şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov təmsil ediblər.

Tədbir çərçivəsində oyun analizi, müasir analiz tendensiyaları, eləcə də yaxın gələcəkdə spesifik oyun analizi mütəxəssislərinin yetişdirilməsi istiqamətində fikir və təcrübə mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər