"Yuventus" "Bavariya"nın futbolçusu ilə maraqlanır
Operativ Media
"Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretska bu yay azad agent kimi "Yuventus" keçə bilər.
Operativ Media xəbər verir ki, bu barədə "La Gazzeta Dello Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 31 yaşlı futbolçunun bu ilin yayında azad agent kimi Münhen təmsilçisindən ayrılması onun "Yuventus"a keçidini daha da önəmli edir.
Qeyd edək ki, Leon Qoretska bu mövsüm "Bavariya"nın heyətində 35 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.