ÇL-də həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlandı
Operativ Media
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlərin siyahısını açıqlanıb.
Operativ Media xəbər verir ki, bu haqda UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Çərşənbə axşamı və çərşənbə günləri 1/8 final mərhələsinin cavab qarşılaşmaları baş tutub.
Səsvermədə "Mançester Siti"nin qapısına dubl edən (2:1) "Real"ın hücumçusu Vinisius Junior, "Nyukasl"la oyunda (7:2) qol vuran "Barselona"nın vingeri Rafinya, "Qalatasaray"la matçda (4:0) fərqlənən "Liverpul"un yarımmüdafiəçisi Dominik Soboslai və "Bude-Qlimt"lə görüşdə (5:0) iki məhsuldar ötürmə edən "Sportinq"in yarımmüdafiəçisi Fransişku Trinkan yer alıb.
Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermə yolu ilə müəyyənləşəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net