Messi 900-cü qola çatdı
Operativ Media
"İnter Mayami"nin hücumçusu Lionel Messi KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyununda "Neşvill"in qapısına yol tapıb.
Operativ Media xəbər verir ki, o, görüşün 7-ci dəqiqəsində hesabı açıb.
38 yaşlı argentinalı üçün bu qol peşəkar karyerasında 900-cü olub: klub səviyyəsində 785, yığma komandada isə 115 qol. Bu nəticəni əldə etmək üçün ona 1142 matç kifayət edib.
O, ABŞ klubunun heyətində 93 oyunda 81 qol, "PSJ"də 75 oyunda 32 qol, "Barselona"da isə 778 oyunda 672 qol vurub. Argentina millisinin heyətində isə 196 oyun keçirib.
Messi 2023-cü ilin yayında MLS klubuna qoşulub. Oktyabr ayında o, "İnter Mayami" ilə müqaviləsinin müddətini 2028-ci ilə qədər uzadıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net