Menyu

Məhəmməd Salahdan tarixi rekord: Çempionlar Liqasında 50-ci qol

Operativ Media
Məhəmməd Salahdan tarixi rekord: Çempionlar Liqasında 50-ci qol

Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci qarşılaşmasında "Liverpul" öz meydanında "Qalatasaray"ı 4:0 hesabı ilə darmadağın edib.

Operativ Media xəbər verir ki, bu matçda komandasının qollarından birinə imza atan 33 yaşlı Məhəmməd Salah turnirdəki ümumi qol sayını 50-yə çatdırıb.

Bu nəticə ilə Salah Çempionlar Liqasında 50 qol vuran ilk afrikalı futbolçu kimi tarixə düşüb. O, bu möhtəşəm göstəriciyə cəmi 97 oyunda nail olmaqla yüksək effektivlik nümayiş etdirib.

Xatırladaq ki, İstanbulda keçirilən ilk görüşdə "Qalatasaray" 1:0 hesabı ilə qalib gəlsə də, cavab oyunundakı böyükhesablı məğlubiyyət turnirlə vidalaşmalarına səbəb olub. İki oyunun nəticəsinə əsasən (4:1) "Liverpul" növbəti mərhələyə vəsiqə qazanıb.

İngiltərə təmsilçisinin 1/4 finaldakı rəqibi də artıq məlumdur. İngiltərə təmsilçisi yarımfinal uğrunda Fransanın nəhəng klubu PSJ ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər