Azərbaycan paraüzgüçüləri Dünya seriyasının Barselona mərhələsində mübarizəyə başlayır
Operativ Media
Martın 19-dan 22-dək İspaniyanın Barselona şəhərində paraüzgüçülük üzrə Dünya seriyasının növbəti mərhələsi keçiriləcək.
Operativ Media xəbər verir ki, nüfuzlu turnirdə Azərbaycan milli komandası da təmsil olunacaq.
Yarışda ölkəmizin əsas ümidlərindən biri S12 kateqoriyasında çıxış edən təcrübəli paraüzgüçü Raman Saleidir. Bununla yanaşı, S10 kateqoriyasında gənc idmançılar Əli Vəliyev və Murad Məmmədov da bacarıqlarını nümayiş etdirəcəklər. Yeniyetmə üzgüçülər üçün bu turnir beynəlxalq təcrübə baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan paraüzgüçülük komandası yarışa məşqçilər Fyodor Kirillov və Faiq Əsgərovun rəhbərliyi ilə qatılacaq.
Qeyd edək ki, Dünya seriyası paraüzgüçülər üçün ən vacib beynəlxalq yarışlardan biri hesab olunur.