MOK-un Atletlər Komissiyasının cari ildə ilk iclası keçirilib
Operativ Media
Martın 18-də Milli Olimpiya Komitəsində Atletlər Komissiyasının 2026-cı il üzrə ilk iclası keçirilib.
Operativ Media xəbər verir ki, iclasda görülən işlərin hesabatı təqdim olunub, gələcək fəaliyyət istiqamətləri müzakirə edilib və üzvlər öz təkliflərini səsləndiriblər.
Komissiya idmançıların hüquqlarını qorumaq və onları Beynəlxalq Olimpiya Komitəsi ilə əlaqələndirmək məqsədi daşıyır.