Menyu

"Qalatasaray" Noa Lanqın zədəsi ilə bağlı UEFA-ya müraciət etdi

Operativ Media
"Qalatasaray" Noa Lanqın zədəsi ilə bağlı UEFA-ya müraciət etdi

"Qalatasaray" klubunun baş katibi Eray Yazqan komandanın yarımmüdafiəçisi Noa Lanqın ağır zədə alması ilə nəticələnən insidentin araşdırılması üçün UEFA-ya müraciət etdiklərini bildirib.

Operativ Media xəbər verir ki, hadisə martın 18-də Liverpulda, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində yerli "Liverpul" klubu ilə qarşılaşma (0:4) zamanı baş verib. İkinci hissədə meydana daxil olan 26 yaşlı Lanq oyunun 76-cı dəqiqəsində reklam lövhəsinə çırpılaraq barmağını ağır şəkildə kəsib. Güclü qanaxması olan futbolçu meydandan xərəklə çıxarılıb.

Eray Yazqan "HT Spor" nəşrinə verdiyi açıqlamada klubun qətiyyətli mövqeyini belə ifadə edib:

"Matçdan sonra məsələ ilə bağlı UEFA nümayəndələrinə şikayətimizi təqdim etdik. Hazırda UEFA vəziyyəti qiymətləndirir, biz isə hüquqşünaslarımızla məsləhətləşmələr aparırıq. Quruma təzminat davası açacağıq və tələblərimizə baxılmasını təkidlə xahiş edəcəyik. İstəyimiz təmin olunmasa, məhkəməyə müraciət edilə bilər. Oyunçularımızın sağlamlığı bizim üçün mütləq prioritetdir."

Əlaqəli Xəbərlər