Azərbaycan, Gürcüstan və Rumıniya boksçuları Bakıda birgə hazırlıq keçəcək
Operativ Media
Sabah Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək.
Operativ Media xəbər verir ki, toplanışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək.
Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək boksçu qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcülər tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaqlar.
Məşqlər Bakıda təşkil olunacaq "Böyük İpək Yolu" beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, "Böyük İpək Yolu" yarışı aprelin 2-7-də baş tutacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net