Menyu

Tbilisi “Böyük Dəbilqə”sində Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi

Operativ Media
Tbilisi “Böyük Dəbilqə”sində Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi

Martın 19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.

Operativ Media xəbər verir ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 51 ölkədən 386 idmançı mübarizə aparacaq.

Sabah start götürəcək Tbilisi Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 10:00-dan etibarən "Judo TV"də, final bloku isə saat 17:00-dan "CBC Sport" telekanalında canlı yayımlanacaq. Yarış martın 22-də başa çatacaq.

Kişilər

-66 kq, 1/32 final

Turan Bayramov – Kilian Noel (Fransa)

-66 kq, 1/16 final

Rəşad Yelkiyev – Yoxem van Harten (Niderland)

-73 kq, 1/32 final

Kamran Süleymanov – Rey Marinks (Belçika) 

-73 kq, 1/16 final

Hidayət Heydərov – Zelemxan Batçayev (Belçika) 

+100 kq, 1/8 final

Camal Qamzatxanov – Saba Kardava (Gürcüstan) / Losseni Kone (Almaniya) cütünün qalibi ilə 

Kənan Nəsibov – Yelaman Yerqaliyev (Qazaxıstan) / Gela Zaalişvili (Gürcüstan) cütünün qalibi ilə 

Qadınlar

-48 kq, 1/16 final

Könül Əliyeva – Mişel Altanşaqay (Monqolustan)

-52 kq, 1/8 final

Leyla Əliyeva – Gefen Primo (İsrail)

-70 kq, 1/16 final

Südabə Ağayeva – Nino Qulbani (Gürcüstan)

Aytac Qardaşxanlı – Şirincon Yuldoşova (Özbəkistan)

+78 kq, 1/8 final

Madina Kaisinova – Erika Simonetti (İtaliya)

Əlaqəli Xəbərlər