"Böyük Dəbilqə": Azərbaycanın 4 cüdoçusu mübarizəyə başlayır
Operativ Media
Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürür.
Operativ Media xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulacaq.
Kişilər arasında 66 kq çəki dərəcəsində Turan Bayramov 1/32 finalda fransalı Kilian Noel ilə, Rəşad Yelkiyev isə 1/16 finalda niderlandlı Yoxem van Harten ilə qarşılaşacaq.
Qadınların yarışında 48 kq çəki dərəcəsində Könül Əliyeva 1/16 finalda monqolustanlı Mişel Altanşaqay ilə üz-üzə gələcək. 52 kq çəkidə mübarizə aparan Leyla Əliyeva isə 1/8 finalda israilli Gefen Primo ilə qüvvəsini sınayacaq.
Turnirin təsnifat mərhələsi saat 10:00-dan etibarən "JudoTV" vasitəsilə, final bloku isə saat 17:00-dan başlayaraq "CBC Sport" kanalında canlı yayımlanacaq.