Kolumbiya Futbol Federasiyası milliyə çağırılan futbolçuların adını açıqlayıb.
Operativ Media xəbər verir ki, açıqlanan siyahıya əsasən, baş məşqçi Nestor Lorenzo 26 futbolçuya dəvət göndərib.
Heyətdə "Qarabağ"ın futbolçusu Kamilo Duran yer almayıb.
Kolumbiya millisi martın 21-dən 26-dək ABŞ-nin Orlando şəhərində təlim-məşq toplanışı keçəcək. Komanda bu müddətdə əvvəlcə Xorvatiya, daha sonra isə Fransa yığması ilə üz-üzə gələcək.