23 Mart 2023, 19:23
Budapeşt Putini həbs etməyəcəyini açıqlayıb
Budapeşt Putini həbs etməyəcəyini açıqlayıb şəkil
Budapeşt Putini həbs etməyəcəyini açıqlayıb

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə verdiyi orderə baxmayaraq, onu öz ərazisində həbs etməyəcək.

"Operativ Media" xəbər verir ki, bunu Macarıstanın Nazirlər Kabineti aparatının rəhbəri Gergel Qulyaş brifinq zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq order Budapeşt üçün məcburi deyil.

O, Macarıstan tərəfindən Roma Əsasnaməsinin imzalanmasına və ratifikasiyasına baxmayaraq, bu sənədin Macarıstanın hüquq sisteminə daxil edilmədiyini və həbsin ölkə konstitusiyasına zidd olacağını qeyd edib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib.

Son xəbərlər
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib
Tramp ABŞ-nin Ukrayna üzrə danışıqlar prosesindən çıxa biləcəyini istisna etmir
ABL: "Neftçi" "Ordu"nu məğlub etdi
Starmer və Tramp Ukraynadakı vəziyyəti və husilərə qarşı əməliyyatları müzakirə ediblər