Menyu

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Operativ Media
"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

Tbilisidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın 4 təmsilçisi tatamiyə çıxacaq.

Operativ Media xəbər verir ki, yarış gününün proqramına əsasən, kişilər arasında 73 kq çəki dərəcəsində Kamran Süleymanov 1/32 final mərhələsində belçikalı Rey Marinks ilə qarşılaşacaq. Eyni çəki dərəcəsində mübarizə aparan dünya reytinqinin lideri Hidayət Heydərov isə yarışa 1/16 finaldan başlayaraq digər Belçika təmsilçisi Zelemxan Batçayevlə qüvvəsini sınayacaq.

Qadınların yarışında 70 kq çəki dərəcəsində iki idmançımız 1/16 final mərhələsində mübarizəyə qoşulur. Südabə Ağayeva yerli idmançı, gürcüstanlı Nino Qulbani ilə, Aytac Qardaşxanlı isə özbəkistanlı Şirincon Yuldoşova ilə üz-üzə gələcək.

Turnirin təsnifat mərhələsi saat 10:30-da start götürəcək və "JudoTV" vasitəsilə canlı yayımlanacaq. Medal görüşlərinin keçiriləcəyi final bloku isə saat 17:00-dan etibarən "CBC Sport" kanalında nümayiş etdiriləcək.

Əlaqəli Xəbərlər