23 Mart 2023, 20:17
İspaniya Ukraynaya 6 Leopard tankı göndərəcək
İspaniya Ukraynaya 6 Leopard tankı göndərəcək şəkil
İspaniya Ukraynaya 6 Leopard tankı göndərəcək

İspaniya gələn həftənin sonunda Ukraynaya 6 Leopard tankı göndərəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin saytında məlumat verilib.

“Müdafiə naziri Marqarita Robles bu gün Sevilya şəhərindəki Santa Barbara Sistemas silah zavoduna baş çəkib və burada gələn həftənin sonunda Ukraynaya göndəriləcəyi gözlənilən altı Leopard 2A4 tankının istismara verilməsini yoxlayıb. Hazırda texnikanın son poliqon sınaqları həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.

Müdafiə Nazirliyinin açıqlamasında həmçinin qeyd olunur ki, texnikanın əsaslı təmiri rekord müddətdə başa çatdırılıb.

Son xəbərlər
Rusiya XİN vətəndaşlarına xəbərdarlıq edib
Babəkin bəzi kəndlərində qaz olmayacaq
Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
Azərbaycan səfirliyinə hücumun icraçısının edamı üçün zəruri hazırlıqlar başa çatıb
Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini açıqlayıb - VİDEO
27 Aprel 2025, 22:50
İran Prezidenti: İki qardaş ölkə kimi əməkdaşlıq sahələrimizi genişləndirməliyik
Məsud Pezeşkian: Keçmişdə qardaş olmuşuq, gələcəkdə də qardaş olacağıq
"Qarabağ" 12-ci çempionluğunu qazandı