Ana səhifə / Dünya / Ərdoğan: Türkiyə terrorla mübarizəni davam etdirəcək Ərdoğan: Türkiyə terrorla mübarizəni davam etdirəcək 23.03.2023, 20:58 Türkiyə ölkə daxili və xaricində terrorla mübarizəsini son terrorçu zərərsizləşdirilənə qədər davam etdirəcək. "Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda iftar mərasimi zamanı çıxışında bildirib. O qeyd edib ki, Ankara terrorçuları dəstəkləyənlərə qarşı da mübarizəsini gücləndirəcək. Ərdoğan, həmçinin, Cumhur ittifaqının 14 mayda keçiriləcək prezident və millət vəkili seçkilərini xalqın dəstəyi ilə qazanacağını da vurğulayıb. Teqlər: "Ərdoğan: Türkiyə terrorla mübarizəni davam etdirəcək"