Menyu

“FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib

Operativ Media
“FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib

Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.

Operativ Media xəbər verir ki, dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.

FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq. Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq

Əlaqəli Xəbərlər