23 Mart 2023, 21:23
Rusiya ordusu daha bir şəhərdən çəkildi
Rusiya ordusu daha bir şəhərdən çəkildi şəkil
Rusiya ordusu daha bir şəhərdən çəkildi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Xerson vilayətinin Nova Kaxovka şəhərindən çıxdığını bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Qərargahın günün digər hərbi hadisələri ilə birlikdə axşam xülasəsində deyilib.

“22 mart 2023-cü il tarixindən etibarən işğalçı ordusunun Xerson vilayətinin Novaya Kaxovka yaşayış məntəqəsində yerləşən bütün bölmələri şəhəri tərk edib”, - Baş Qərargah vurğulayıb.

Bildirilib ki, şəhəri tərk edən hərbçilər çəkilərkən yerli sakinlərdən “böyük sayda məişət və elektron texnikanı, zinət əşyalarını, geyim elementləri və mobil telefon” götürüb.

Xatırladaq ki, ötən il noyabrın 11-də Ukrayna ordusu sözügedən vilayətin mərkəzini – Xerson şəhərini işğaldan azad edib. Bu, Rusiya ordusunun hazırda gedən müharibədə ən böyük məğlubiyyətlərindən biri hesab edilir. Mərkəzi şəhərdən çəkilən rusiyalılar yaşayış məntəqəsinin infrastrukturunu, o cümlədən enerji və su təminatını dağıdıb, Xerson İES, teleqüllə və s. strateji obyektlər məhv edilib.

Son xəbərlər
Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib