Azərbaycanın U-17 millisinin yekun heyəti açıqlanıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.
Operativ Media xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində Bolqarıstan, Litva və Malta yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.
B Liqasının 2-ci qrupunda yer alan millimiz martın 24-də Bolqarıstan, 27-də Litva, 30-da isə Malta seçməsi ilə qarşılaşacaq. Qrupun bütün oyunları Bolqarıstanda keçiriləcək.
U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:
Adı, Soyadı Klubu
1 Bilal Hacıyev "Qarabağ"
2 Murad Muradov "Zirə"
3 Kamil Həsənov "Neftçi"
4 Uğur Qurbanlı "Qarabağ"
5 Rəşad Gülüşov "Sabah"
6 Səttar Tahirzadə "Marcet" (İspaniya)
7 Atacan Məmmədov "Marcet" (İspaniya)
8 Muhamməd Çodarov "Marcet" (İspaniya)
9 İsmayıl Səfərli "Neftçi"
10 Amin Rzayev "Qarabağ"
11 Raul İsaqov "Kəpəz"
12 Nihad Hüseynzadə "Sabah"
13 Musa Mustafayev "Zirə"
14 Əli Kiçibəyov "Turan Tovuz"
15 İbrahim Xəlilov "Sabah"
16 Samir Şərifov "Sabah"
17 Əli Bəşirov "Qarabağ"
18 Kamal Zülfiyev "Sumqayıt"
19 Pünhan Kərimov "Marcet" (İspaniya)
20 Murad Həmidov "SV Elversberg" (Almaniya)
24 mart
17:00. Bolqarıstan (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Mateo Tozan (Sloveniya)
Baş hakimin köməkçiləri: Jure Jamnik (Sloveniya), Darko Vidiniç (Şimali Makedoniya)
Dördüncü hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Plovdiv, “Xristo Botev” stadionu
27 mart
13:00. Litva (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Ozan Ergün (Türkiyə)
Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi
30 mart
14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.