Menyu

Azərbaycan taekvondoçuları Belçikada 5 medal qazanıblar

Operativ Media
Azərbaycan taekvondoçuları Belçikada 5 medal qazanıblar

Martın 21-də Belçikanın Lommel şəhərində start götürən "Belgian Open" beynəlxalq turnirinin ilk günündə Azərbaycanın gənc taekvondoçuları uğurlu çıxış ediblər.

Operativ Media xəbər verir ki, yarışın ilk günündə komandamızın üzvləri ümumilikdə 1 qızıl və 4 bürünc medal qazanıblar.

49 kq çəki dərəcəsində mübarizə aparan Nilufər Borci bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medala sahib olub.

Digər təmsilçilərimizdən Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) isə yarışı bürünc medalla başa vurublar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər