Azərbaycan taekvondoçuları beynəlxalq turnirdən 6 medalla qayıdırlar
Operativ Media
Azərbaycan taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən "Belgian Open" beynəlxalq turnirində 6 medal qazanıblar.
Bu barədə Operativ Media-ya Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Yarışın ilk günündə gənc taekvondoçularımız 1 qızıl və 4 bürünc medal qazanıblar.
49 kq çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) bürünc medal əldə ediblər.
Böyüklər arasında keçirilən yarışda isə Qaşim Maqomedov (63 kq) bürünc medal qazanıb.
Yarışda beyxəlxalq dərəcəli referi Aygül Abdullayeva ölkəmizi hakim kimi təmsil edib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net