Menyu

Azərbaycan üzgüçüləri Kutaisi Açıq Yaz Kubokunda 47 medal qazanıblar

Operativ Media
Azərbaycan üzgüçüləri Kutaisi Açıq Yaz Kubokunda 47 medal qazanıblar

Azərbaycan üzgüçüləri Gürcüstanda keçirilmiş Kutaisi Açıq Yaz Kubokunda böyük uğura imza atıblar.

Operativ Media xəbər verir ki, milli komandamız yarışı ümumilikdə 47 medalla (18 qızıl, 19 gümüş, 10 bürünc) başa vurub.

Komandamızın üzvü Süleyman İsmayılzadə ümumi kateqoriya üzrə, Fərhad Şirməmmədli isə 2010-cu il təvəllüdlü və daha kiçik yaş kateqoriyası üzrə turnirin ən güclü idmançısı seçilərək xüsusi kuboklara layiq görülüblər.

Yarış həmçinin yeni ölkə rekordları ilə yadda qalıb. Belə ki, Mehri Əbdürəhmanlı 50 metr məsafəyə arxasıüstə, Süleyman İsmayılzadə isə 400 metr məsafəyə sərbəst üsulla üzməkdə Azərbaycan rekordlarını yeniləyiblər.

Medal qazanmış idmançılarımızın nəticələri aşağıdakı kimidir:

Anastasiya Qnusina: 7 qızıl, 4 gümüş

Fərhad Şirməmmədli: 3 qızıl, 4 gümüş, 1 bürünc

Süleyman İsmayılzadə: 3 qızıl, 1 gümüş, 1 bürünc

Mehri Əbdürəhmanlı: 2 qızıl, 4 gümüş, 1 bürünc

Safiya Səmədova: 2 qızıl, 3 gümüş, 1 bürünc

Mehdi Muxtarlı: 1 qızıl, 1 gümüş, 1 bürünc

Yusif Sofiyev: 2 gümüş, 4 bürünc

Arif Tapdıqov: 1 bürünc

Əlaqəli Xəbərlər