Menyu

Azərbaycan millisi Litvaya məğlub oldu

Operativ Media
Azərbaycan millisi Litvaya məğlub oldu
1 dəq oxu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.

Operativ Media xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşıb.

“Raudondvario” stadionunda keçirilən matç Azərbaycan yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. 

Qeyd edək ki, millimiz növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.

Əlaqəli Xəbərlər